Saytımızı qiymətləndirin


 
 

FHN: Ötən sutkada 90 yanğına çıxış olub, 12 nəfər xilas edilib
Tarix: 14-07-2021 | Saat: 12:08
Bölmə:Karusel / Hadisə | çapa göndər

FHN: Ötən sutka ərzində üç nəfər xilas edilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaqinfo.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 12 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.

Həmçinin, 12.07.2021-ci il tarixində Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazidə batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər