Astara rayonunun Şiyəkəran kənd sakini S.Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülüb.

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S.Rzayevin evinə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.