Saytımızı qiymətləndirin


 
 

“Rusiya ilə vasitəçilik missiyasını Türkiyə lideri də həyata keçirəcək”
Tarix: 07-04-2022 | Saat: 08:02
Bölmə:Karusel / Region | çapa göndər

 “Rusiya ilə vasitəçilik missiyasını Türkiyə lideri də həyata keçirəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Mariupoldan gəmilərlə yaralıların təxliyəsində Türkiyənin vasitəçilik rolu ilə bağlı danışıqlar davam edir.

Dövlət başçısı bu barədə Türkiyənin “Habertürk” telekanalına müsahibəsində bildirib.
"Vasitəçilik missiyasını (Ukrayna ilə Rusiya arasında, - red.) müəyyən liderlər həyata keçirəcək. Türkiyə lideri də onlardan biridir. Bu gün Mariupoldan yaralıların çıxarılmasından danışırıq. Bu əməliyyatın nəticəsi barədə danışmaq hələ tezdir. O, açıqdır, burada Türkiyənin vasitəçilik rolu var, çünki biz bunu həmin ölkənin gəmilərində həyata keçirməyi planlaşdırırıq və buna görə də onlara ehtiyac var”, - Zelenski deyib.

O əlavə edib ki, Ukrayna Rusiya ilə danışıqları nə qədər istəsə də, istəməsə də, mümkün qədər insanların həyatını xilas etmək üçün gündəlik addımlar atılmalıdır.

"Biz Rusiya Federasiyası ilə danışıqlar üçün kiçik də olsa imkanlar tapmalıyıq. Bunsuz müharibəni bitirmək çətindir. Baxmayaraq ki, Buçada gördüklərimizdən sonra danışıqlar aparmaq istəyi yoxdur", - Ukrayna Prezidenti əlavə edib.(Yenisabah)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər