Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk
Tarix: 24-10-2024 | Saat: 16:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

 

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı bildirib.

“Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”, - dövlət başçısı qeyd edib.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər