Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirus qurbanlarının sayı 75 mini ötdü
Tarix: 07-04-2020 | Saat: 14:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Dünyada koronavirus qurbanlarının sayı 75 762 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (16 523), İspaniya (13 798), ABŞ (10 943), Fransa (8 911) və Böyük Britaniyada (5 368) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 356 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. “Report”



Xəbəri paylaş

430 dəfə oxunub.

Digər xəbərlər