Saytımızı qiymətləndirin


 
 

12 azərbaycanlı yenidən Ukraynaya QAYIDIB
Tarix: 04-04-2022 | Saat: 10:13
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən Ukraynaya qayıdıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə modern.az-a Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.


Səfir qeyd edib ki, Ukraynaya qayıdanlar arasında Şəmkir rayonundan olan bir ailə də var. Digərləri Cəilabad, Sumqayıt, Ağcabədidəndirlər:
 

“Həmin şəxslər "qaynar xətt" vasitəsi ilə bizə müraciət ediblər. Səfirliyimiz tərəfindən sənədlər  hazırlanıb. Bildiriblər ki, onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin olmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb”. 


Qüdsi Osmanov onu da deyib ki, hazırda Moldovada müvəqqəti olaraq kilsədə yerləşən daha 50 nəfər azərbaycanlı Ukraynaya geri qayıtmağa hazırlaşır.
 

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər
24-02-2022, 20:30 Arif Qazıyev vəfat edib