Ana Sayfa > Karusel / Region > 12 azərbaycanlı yenidən Ukraynaya QAYIDIB
12 azərbaycanlı yenidən Ukraynaya QAYIDIB4-04-2022, 10:13. Yazar: Admin |
Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarından 12 nəfər Moldovadan keçməklə yenidən Ukraynaya qayıdıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə modern.az-a Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.
“Həmin şəxslər "qaynar xətt" vasitəsi ilə bizə müraciət ediblər. Səfirliyimiz tərəfindən sənədlər hazırlanıb. Bildiriblər ki, onların yenidən Ukraynaya qayıtmasının səbəbi yaşadıqları ərazidə atəşkəsin olmasıdır. Soydaşlarımızın təhlükəsiz qayıdışı üçün Moldova və Ukrayna tərəfi ilə danışıqlar aparılıb”.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımızın təxliyəsi davam edir. Geri dön |