Tarix: 02-03-2022 | Saat: 23:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Dünya Ukraynada insan iztirablarına son qoyulmasını istəyir”.
Qarabaginfo.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.
A.Quttereş BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən qətnamə barəsində fikirlərini bölüşüb: “Baş katib kimi mənim borcum bu qətnamənin arxasında durmaq və onun çağırışını rəhbər tutmaqdır”.
O, bildirib ki, BMT Nizamnaməsinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməlidir: “Münaqişənin amansız nəticələri göz qabağındadır. Hazırda Ukraynada vəziyyət nə qədər pis olsa da, daha da pisləşmək təhlükəsi var.
Mən bölgədə hərbi əməliyyatların dərhal dayandırılması və sülh üçün təcili danışıqlara töhfə vermək üçün əlimdən gələni etməyə davam edəcəm. Ukrayna xalqının sülhə ehtiyacı var”.
Digər xəbərlər