Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda dörd vulkan püskürə bilər - AÇIQLAMA
Tarix: 08-02-2019 | Saat: 15:27
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən 
zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.

"Qarabaginfo" xəbər verir ki, bunu "Oxu.az"a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, zəlzələnin Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyi ehtimal olunur:

“Çünki güclü zəlzələ baş verdikdə vulkanlar aktivləşir. Adlarını çəkdiyim vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ zamanı yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur.

Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ olduqda püskürmə baş verir. Buna görə də bu vulkanların püskürəcəyi gözlənilir”.

Adil Əliyev qeyd edib ki, hazırda zəlzələ baş verən ərazidə araşdırma aparılır:

“Dəqiq məlumatı araşdırmadan sonra demək mümkündür. Bəlkə də, aktivləşmə püskürmə şəklində yox, vulkanın fəaliyyətində aktivlik şəklində özünü göstərəcək”.



Xəbəri paylaş

540 dəfə oxunub.

Digər xəbərlər