Saytımızı qiymətləndirin


 
 

Minsk qrupunun amerikalı həmsədri İrəvana gəldi
Tarix: 18-04-2022 | Saat: 15:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Aprelin 18-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı A.Qriqoryan Qarabağdakı vəziyyət barədə amerikalı həmsdrə danışıb.

Təhlükəsizlik Şurasının katibi həmçinin Ermənistan tərəfinin Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə kömək etməyə hazır olduğunu bildirib.

Həmsədr Endryu Şofer ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində mandatına sadiq qaldığını vurğulayıb.

Həmsöhbətlər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına dair fikir mübadiləsi aparıblar.

Amerikalı həmsədri Endryu Şoferi aprelin 18-də həm də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Məlumata görə, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik rolunun vacibliyini vurğulayıb.

Görüşdə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılmasına dair sazişlərin həyata keçirilməsinin zəruriliyi haqda danışılıb.

Ararat Mirzoyan Endryu Şoferi Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib.



Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər