Ana Sayfa > Karusel / Siyasət > Minsk qrupunun amerikalı həmsədri İrəvana gəldi
Minsk qrupunun amerikalı həmsədri İrəvana gəldi18-04-2022, 15:39. Yazar: Admin |
Aprelin 18-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib. Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı A.Qriqoryan Qarabağdakı vəziyyət barədə amerikalı həmsdrə danışıb. Təhlükəsizlik Şurasının katibi həmçinin Ermənistan tərəfinin Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə kömək etməyə hazır olduğunu bildirib. Həmsədr Endryu Şofer ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində mandatına sadiq qaldığını vurğulayıb. Həmsöhbətlər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına dair fikir mübadiləsi aparıblar. Görüşdə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılmasına dair sazişlərin həyata keçirilməsinin zəruriliyi haqda danışılıb. Geri dön |