"Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfəri olacaq".
Qarabaginfo.az-ın xəbərinə görə, bunu "Unikal"a açıqlamasında komitə sədri, deputat Tahir Rzayev deyib:
"Yaxın vaxtlarda Milli Məclisin müəyyən tədbirlərinin də azad olunmuş ərazilərdə keçirilməsi nəzərdə tutulur. Milli Məclisin komitələri sistemli şəkildə öz iclaslarını Şuşada keçirə bilərlər. Bu, təbliğat üçün çox vacibdir. Şuşada bir çox mötəbər tədbirlər keçirildi. Parlamentin tədbirlərinin orada keçirilməsi zərurətdir".