Saytımızı qiymətləndirin


 
 

Almaniya parlamenti Ukraynaya “Taurus” raketlərinin tədarükünün əleyhinə səs verib
Tarix: 22-02-2024 | Saat: 17:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya parlamenti Ukraynaya “Taurus” raketlərinin tədarükünün əleyhinə səs verib

Almaniya Bundestaqı Ukraynaya “Taurus” raketlərinin tədarükünün əleyhinə səs verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Qeyd olunub ki, deputatlar parlament iclası zamanı müxalifət blokunun Ukraynaya hərbi yardımın genişləndirilməsi, o cümlədən “Taurus” raketlərinin tədarükü tələbi ilə bağlı təklifinin əleyhinə səs çoxluğu ilə səs verib. Belə ki, 182 nəfər lehinə, 480 parlamentari əleyhinə səs verib, beş nəfər bitərəf qalıb.

Qeyd edək ki, "Taurus" Almaniya-İsveç istehsalı olan "hava-yer" tipli uzun mənzilli qanadlı raketdir və dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən həftə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şolts Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı suala cavab verməkdən yayınıb və qeyd edib ki, Almaniya Ukraynaya silah tədarükünə Avropada hamıdan çox pul xərcləyən ölkədir.

Kanslerin sözlərinə görə, ötən il Berlin Kiyevə 12 milyard avro dəyərində yardım edib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər