Saytımızı qiymətləndirin


 
 

Putin: “Paşinyanla hər həftə olmasa da, 10 gündən bir telefonla danışırıq”
Tarix: 20-04-2022 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

 

Putin: “Paşinyanla hər həftə olmasa da, 10 gündən bir telefonla danışırıq”

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

3 saatdan artıq davam edən görüşdə Moskva, Bakı və İrəvan arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəlinib. Kremldən verilən məlumata görə, birgə bəyanatda ölkələr arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olması xüsusi qeyd edilib. Bundan əlavə, müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının faydalılığı təsdiqlənib və parlamentlərarası intensiv dialoqun davam etdirilməsi qərara alınıb.

Vladimir Putin Nikol Paşinyanla təmasları ilə bağlı açıqlaması ilə diqqət çəkib. Belə ki, o, çıxışı zamanı “Təbii ki, bizim diqqət mərkəzimizdə təhlükəsizliklə bağlı məsələlər, o cümlədən Qarabağ mövzusu da olacaq. Problemlər çoxdur, sizinlə razıyam. Biz sizinlə daima təmasdayıq. Bilmirəm, hər həftə olmasa da, Paşinyanla 10 gündən bir telefonla danışırıq.

Pandemiyaya görə çətinliklərə baxmayaraq, görüşlərimiz daimi xarakter daşıyır”,- deyə vurğulayıb.



Xəbəri paylaş

223 dəfə oxunub.

Digər xəbərlər