Saytımızı qiymətləndirin


 
 

Əlcəzairli səyyah: "Xocalı faciəsini əks etdirən şəkillər bizi sarsıtdı"
Tarix: 17-02-2022 | Saat: 20:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əlcəzairli səyyah: Xocalı faciəsini əks etdirən şəkillər bizi sarsıtdı

“Qarabağın füsunkar təbiəti var. Bu barədə geniş təbliğat aparılmalıdır ki, daha çox insan bura səfər etsin”.

Qarabaginfo.az bildirir ki, bunu “Report"a 21 ölkədən olan tanınmış səyyahlarla birgə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən əlcəzairli Məhəmməd Vasim Əllahe bildirib.

Səfərdən təəssüratlarını bölüşən qonaq ən çox fransalı fotomüxbir Reza Deqatinin Ağdamda nümayiş etdirdiyi Xocalı faciəsi ilə bağlı fotoşəkillərdən sarsıldığını deyib: “Xocalı haqqında şəkillərə baxmaq çox ağrılıdır. Belə bir şeyin baş verməsinə təəssüf edirik”.

Xatırladaq ki, fevralın 16-da bir qrup əcnəbi səyyahın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur.

Ötən gün Ağdam və Şuşada olmuş qrup bu gün Kəlbəcər və Laçına da baş çəkib.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər