Saytımızı qiymətləndirin


 
 

Aİ komissarı Azərbaycan iqtisadiyyatına göstəriləcək dəstək proqramlarından danışıb
Tarix: 04-02-2022 | Saat: 18:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Aİ komissarı Azərbaycan iqtisadiyyatına göstəriləcək dəstək proqramlarından danışıb

“Bizim planımız Azərbaycana əhəmiyyətli dərəcədə investisiyanın gətirilməsini nəzərdə tutmalıdır. Biz “yaşıl enerji”yə və regionda əlaqələrin inkişafına töhfə verə bilərik”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.

O. Varhelyi deyib ki, daha çox ticarət üçün əlaqələrin artırılması vacibdir: “İlk layihə olaraq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kənd təsərrüfatının inkişafı üçün 12 milyon avro ayrılıb. Məsələn, su ehtiyatlarının, tullantıların idarə olunması, tədqiqat və inkişafa dəstək verilməsi mümkündür. Bu müzakirələr nəticəsində müəyyən etmişik ki, Aİ investisiyaları səfərbər edə bilər. Bu investisiyalar Azərbaycana yardım etməlidir ki, Azərbaycan iqtisadiyyatının inkişafını yeni mərhələyə keçirsin. Ölkəyə yaşıl enerji texnologiyaları gətirilsin”. (apa.az)



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər