Rusiya bombardmançılarının ekipajları Azov və Xəzər dənizləri üzərində hərbi təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik məlumat verib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın "Tu-22M3", "Tu-95", "Tu 160" uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri üzərindən, eləcə də Rusiya Federasiyasının hava məkanında təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıb. 

Bundan əlavə, Motuzyanik bildirib ki, Rusiya ordusu öz bölmələrinin qurudan hücumunu dəstəkləmək üçün fəal şəkildə təyyarələri cəlb etməyə başlayıb.