Saytımızı qiymətləndirin


 
 

Sabah hava yağmursuz keçəcək, 23 dərəcə isti olacaq
Tarix: 15-11-2023 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabah hava yağmursuz keçəcək, 23 dərəcə isti olacaq

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a bildirilib ki, havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər
6-10-2021, 12:57 Sabahın hava proqnozu