Saytımızı qiymətləndirin


 
 

Rusiya və Suriya təyyarələri Hələb ətrafını intensiv bombardman edir –Reuters
Tarix: 01-12-2024 | Saat: 17:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya və Suriya təyyarələri Hələb şəhərinə daxil olan silahlı dəstələri  geri sıxışdırmaq məqsədi ilə Suriyanın şimalında intensiv bombardmanlar həyata keçirir.

Qarabaginfo.az bildirir ki, bu barədə Reuters Suriya ordusu mənbələrinə istinadən xəbər yayıb.

Təyyarələr bu gün silhalıların nəzarətində olan İdlib şəhərini bombalayıb.

Şənbə günü Rusiya və Suriya təyyarələri İdlib əyalətinin müxalifətin nəzarətində olan digər şəhərlərini bombalayıb.

Bazar günü ordu son günlər islamçı dəstələr  tərəfindən ələ keçirilən bir neçə şəhəri geri aldığını bildirib.

Xatırladaq ki, silahlı qruplar Hələb şəhərinin böyük hissəsini nəzarətə götürüb.



Xəbəri paylaş

385 dəfə oxunub.

Digər xəbərlər