Saytımızı qiymətləndirin


 
 

“Oskar” mükafatının qalibləri məlum olub
Tarix: 28-03-2022 | Saat: 06:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Oskar” mükafatı alan filmlər və mahnılar məlum oldu

 

Aktyor Troy Kosur Şan Heyderin rejissoru olduğu “CODA: Kar valideynlərin uşağı” (CODA, 2020) filmində ikinci planda ən yaxşı kişi roluna görə “Oskar” mükafatını qazanıb. Ariana DeBos isə ikinci planda aktrisa mükafatına sahib olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABC  telekanalı tərəfindən yayımlanan 94-cü "Oskar" mərasimində elan edilib.

Ariana DeBose From 'West Side Story' Wins SAG Award Supporting Actress – The Hollywood Reporter

Komediya-dram filmi ailəsinin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Kar-lal Kosur filmdə baş qəhrəmanın atasını canlandırıb.

Mərasimdə ən yaxşı xarici film nominasiyasında “Mənim avtomobilimi sür” filmi “Oskar” mükafatı qazanıb. Film yeni tanışlığı onu keçmiş həyatını yenidən düşünməyə məcbur edən dul qalmış teatr rejissorunun hekayəsindən bəhs edir.

“Mənim avtomobilimi sür” filminin rejissoru yapon Ryusuke Hamaqutidir.

Mərasimdə Kennet Bran və Şan Heyder ən yaxşı ssenari müəllifi nominasiyası üzrə mükafat qazanıblar.

Kennet Brana və Şan Heyder müvafiq olaraq “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyalarında “Oskar” qazanıblar.

Bran “Belfast” (“Belfast”, 2021) filmi üçün ən yaxşı orijinal ssenariyə görə, Xeyder “CODA: Kar valideynlərin uşağı” ekran əsərinin ssenarisina görə mükafatlandırılıblar.

Los-Ancelesdəki Dolby Teatrında 94-cü Oskar Mükafatları keçirilir. Keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los Anceles “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.(Report)



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər