Tarix: 18-11-2025 | Saat: 11:27
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur.
Qarabaginfo.az ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabrın 18-də yaradılıb.
1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri 2020-ci ildən Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın Batumidəki ötən ildən Baş konsulu Fuad Əzizovdur.
Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki hazırkı Baş konsulu Kaxaber Abdaladzedir.
İki ölkə arasında imzalanmış sənədlərin sayı 120-dən çoxdur.
Digər xəbərlər














%20(4):1200.jpg)