Saytımızı qiymətləndirin


 
 

Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı AÇIQLAMA
Tarix: 29-03-2022 | Saat: 17:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı AÇIQLAMA

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

“Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, – deyə nazirlikdən bildirilib.



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər