Tarix: 10-03-2022 | Saat: 10:52
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Nərimanov rayonu ərazisində təmirə ehtiyacı olan küçələrdə müvafiq işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qarabaginfo.az-a verilən məlumata görə, AAYDA tərəfindən rayon ərazisində hazırda ümumi uzunluğu 1 161 metr olan dörd küçədə təmir işləri aparılır.
"Bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, həmçinin uzunluğu 286 metr, eni 10 metr olan Mərdanov qardaşları küçələridir", - Dövlət Agentliyindən bildirilib.
Aparılan işlər çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.
Hazırda təmir işləri Nərimanov rayonu Ağadadaş Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində aparılır.
Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq işlər son mərhələ üzrə icra olunur.
Digər xəbərlər