Tarix: 08-10-2021 | Saat: 11:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycanlılarla bütün mümkün meydanlarda dialoq bizim üçün mütləqdir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan söyləyib.
O, erməni cəmiyyətinin cəhalət içində olduğunu vurğulayıb.
“Ermənistanda ictimai fikir cəhalət içindədir. Nədənsə, azərbaycanlılarla danışmaqdan çəkinirik. Halbuki, ortaq problemlərin müzakirəsindən qaçmaq olmaz. Bu bizim maraqlarımıza uyğun deyil”.
Bir neçə gün öncə, Vyanada “Chatham House” beyin mərkəzinin təşkilatçılığı ilə erməni və azərbaycanlı nümayəndə heyətləri arasında görüşdə iştirak edən Marukyan görüşqn qapalı formatda keçirildiyini deyib.
“Bu format bizə daha açıq dialoq qurmağa imkan verdi”-deyə deputat əlavə edib.
Xatırladaq ki, Vyana görüşündə Ermənistanı deputat Edmon Marukyan, Respublika Partiyasının üzvü, keçmiş vitse-spiker Armen Aşotyan, Karen Avaqyan, Azərbaycan tərəfini isə Milli Məclisin deputatları Tural Gəncəliyev və Erkin Qədirli təmsil edib.
//Modern.az
Digər xəbərlər