Saytımızı qiymətləndirin


 
 

ADY dəmir yollarında təhlükəsizlik qaydalarını məktəblərdə öyrədir
Tarix: 08-05-2025 | Saat: 12:00
Bölmə:Karusel / Təhsil | çapa göndər

ADY dəmir yollarında təhlükəsizlik qaydalarını məktəblərdə öyrədir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir.

ADY-dən Qarabaginfo.az-a  verilən məlumata görə, qeyd olunan məqsədlə məktəblərdə davamlı təlimlər keçilir, hərəkətin təhlükəsizliyinə mane ola biləcək kənar müdaxilələr haqqında məlumatlar verilir, şagirdlər qaydalarla tanış olurlar.

Məlumata görə, bu dəfə Görədil kəndində dəmir yolu yaxınlığında yerləşən İlqar Yusifov adına tam orta məktəbdə müəllim və şagird heyəti ilə təhlükəsizlik mövzusunda görüş keçirilib. Görüşdə ADY-nin ümumi fəaliyyəti, 145 illik tarixindən bəhs olunub, dəmiryol xətlərinin yaxınlığında təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

“Şagirdlər hər gün istifadə etdikləri dəmir yollarında bundan sonra təhlükəsizliyə xüsusi diqqət edəcəklərini bildiriblər”, - məlumatda qeyd olunur.



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər