“Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”.
Qarabaginfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, təqvim planı artıq hazırdır: “Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.