Saytımızı qiymətləndirin


 
 

Həbsdən buraxılan Vidadi Muradov vəfat etdi
Tarix: 05-11-2021 | Saat: 09:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib. 

Qarabaginfo.az xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun bir neçə gün əvvəl barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.

Vidadi Muradov vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb edilmişdi. O, dövlət büdcəsindən “Azərxalça”ya ayrılan milyonlarla manat vəsaiti mənimsəməkdə təqsirləndirilirdi.

V.Muradov barəsində 9 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onun işinə məhkəmədə baxılırdı.

Xatırladaq ki, V.Muradovun oğlu Cavid Muradov Sabunçu rayon Polis İdarəsinin rəisidir.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər