Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Tarix: 18-03-2021 | Saat: 11:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluğun əlaqə vasitələri

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Fətəliyev İlqar Qərib oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar olaraq xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan edilib.

 

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlqar Fətəliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər