Bloomberg Milyarderlər İndeksinə görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ildə 18,5 milyard dollar artıb.
Qarabaginfo.az xəbər verir ki, siyahıda ümumilikdə 25 rusiyalı milyarder var. Birinci yerdə Norilsk Nikel şirkətinin sahiblərindən biri Vladimir Potanin olub. O, 736 milyon dollar qazanıb və bununla da sərvətini 31,8 milyard dollara (yüksəldib.
İkinci yerdə 29 milyard dollarla Novolipetsk Metallurgiya Zavodunun benefisiarı Vladimir Lisin qərarlaşıb. O, sərvətini 5 milyard dollardan çox artırıb. İlk üçlüyü 27,2 milyard dollar ilə LUKOIL-un sahibi Vahid Ələkbərov qapayır, o, 2,5 milyard dollar qazanıb.
Dördüncü, NOVATEK-in həmsahibi Leonid Mixelson (24,8 milyard dollar) olub O, 2,67 milyard dollar itirib. Beşinci yeri 24,2 milyard dollarla “Severstal”ın benefisiarı Aleksey Mordaşov tutub. O, 2024-cü ildə 3,3 milyard dollar qazanıb.
Siyahıya həmçinin sahibkarlar Andrey Melniçenko, Mixail Proxorov, Mixail Fridman, Əlişir Usmanov və Dmitri Rıbolovlev də daxil edilib.