Saytımızı qiymətləndirin


 
 

Aİ ölkələri və İsrailin səfirləri Vinnitsaya səfər ediblər
Tarix: 18-07-2022 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropa İttifaqı ölkələrinin və İsrailin 20 diplomatdan ibarət səfirləri bu gün Ukraynanın Vinnitsa şəhərinə səfər ediblər.

Qarabaginfo.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Vinnitsa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Borzov bildirib.

“Bu gün Aİ və İsrailin səfirlərindən ibarət nümayəndə heyəti bura gəlib - 20 diplomat Vinnitsa sakinlərini dəstəkləmək üçün gəliblər”, - o yazıb.

Borzov qeyd edib ki, Rusiya Ukraynaya qarşı artıq 3 mindən çox qanadlı raketdən istifadə edib.

“İyulun 14-də “Kalibr” raketləri mədəniyyət mərkəzinə, xəstəxananın yaxınlığındakı dayanacağa və parka düşüb... 3 raket 24 nəfərin həyatına son qoydu. Onlardan 3-ü uşaq idi – 4 yaşlı Liza, 7 yaşlı Maksim və 8 yaşlı Kirill... Xəstəxanalarda hələ də 63 yaralı var. Dörd ağır xəstə Lvov və Polşanın xəstəxanalara çatdırılıb... İki xəstənin vəziyyəti ağırdır”, - o bildirib.

S.Borzovun sözlərinə görə, hazırda Vinnitsadakı Qələbə meydanı bağlıdır.

“Müstəntiqlər işləyirlər. İctimai nəqliyyat dayanmadan keçir... Amma Zabitlər Evinin fasadı dağılmayıb. Onun tam xilas edilməsinə köməklik xahişi ilə diplomatlara müraciət etdim”, - Borzov deyib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər