Saytımızı qiymətləndirin


 
 

Avqustda müəllimlərin təkrar sertifikasiyası keçiriləcək
Tarix: 25-06-2023 | Saat: 08:56
Bölmə:Karusel / Təhsil | çapa göndər

Avqustda müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

 

Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin təkrar sertifikasiyasının təşkili nəzərdə tutulur.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək.

 

Direktor qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

 

“Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır”, - deyə Nurlan İsmayılbəyli vurğulayıb.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər