Saytımızı qiymətləndirin


 
 

Rusiyaya təzyiq koalisiyasına 84 ölkə qoşulub
Tarix: 27-02-2022 | Saat: 20:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Dmıtro Kuleba

 

"Fevralın 24-dən etibarən ölkəmiz müxtəlif istiqamətlərdən Rusiyanın hücumuna məruz qalıb, şəhərlərimiz bombalanır".

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Ukrayna XİN başçısı paytaxt Kiyevin ağır bombardmana məruz qaldığını deyib. O bildirib ki, Ukrayna ərazisinə yalnız Rusiyadan deyil, Belarus ərazisindən də raketlər atılır.

"Ukrayna xalqı müqavimət göstərir, savaşır. Dörd gündür, davam edən hücumda Rusiya strateji hədəfinə çatmayıb", - Ukrayan XİN başçısı deyib.

D. Kuleba bildirib ki, bütün istiqamətlərdən hücumlara baxmayaraq, Rusiya əsas şəhərləri ələ keçirə bilməyib.

O, mülki obyektlərə, yaşayış binalarına, uşaq bağçalarına raket zərbələri endirildiyini deyib, bunu edənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inandığını söyləyib.

Ukraynalı nazir müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq koalisiyasına 84 ölkə, 13 təşkilatın qoşulduğunu deyib: "Rusiya təcridlə üzləşib. Putin Avropaya pəncərəni bağlayır".

Nazir qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Rusiya vətəndaşlarının vəziyyətini ağırlaşdıracaq: "Rusiya və Belarus bizə qarşı müharibəni dayandırana, Rusiya ordusunu bizim torpaqlarımızdan tam çıxarana qədər bu sanksiyalar və təzyiq davam etməlidir. Bu bizim son hədəfimizdir.

Biz ön cəbhədə mübarizə aparırıq, qurbanlar veririk, siz də bizə dəstək verin, müdafiə edin. Rusiyanın bütün bankları SWIFT-dən çıxarılmalıdır.

Sülh üçün daha çox iş görmək lazımdır. Rusiyaya qarşı qaz və neft embarqosu tətbiq olunmalıdır".

Nazir ölkəsinin daha çox hərbi dəstəyə ehtiyacı olduğunu deyib: "Daha çox silah göndərin, ölkəmizi müdafiə etmək üçün daha çox silaha ehtiyacımız var".



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər