Saytımızı qiymətləndirin


 
 

Prokurorluq 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırma aparır
Tarix: 25-02-2022 | Saat: 16:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prokurorluq 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırma aparır

Cəmiyyətdə aktuallığı ilə seçilən hüquqpozmaların qarşısının alınması, peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan sistematik nəzəri-praktiki təlimlərin həyata keçirilməsi davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, prokurorluq işçilərinin təliminə yönəlmiş bu seminarlarda ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların və ağır nəticələrə səbəb olan əmək hüquqlarının pozulması hallarının araşdırılması, azyaşlıların hüquqlarının müdafiə edilməsi kimi məsələlərə xüsusi önəm verilir.

Bu həftə ərzində səlahiyyətli dövlət qurumlarının verdiyi məlumatlara əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının cinayət təqibindən kənar icraatlar üzrə köməkçiləri cəlb edilməklə respublikanın 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırmalar aparılır.

Görülmüş işlərin xüsusiyyətləri və nəticələri, ən əsası isə ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 25.02.2022-ci il tarixdə Sabirabad rayon prokurorluğunda seminar keçirilib.
Seminarda Sabirabad, Saatlı, Salyan, Beyləqan, İmişli və Hacıqabul rayon prokurorluqlarının, həmçinin Şirvan şəhər prokurorluğunun əməkdaşları iştirak ediblər.
Qeyd olunan tədbir respublikanın şimal, şimal-qərb və cənub rayonlarında keçirilmiş seminarlardan sonra sayca dördüncü tədbirdir.
Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər