Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırma aparır
Prokurorluq 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırma aparır25-02-2022, 16:00. Yazar: Admin |
Cəmiyyətdə aktuallığı ilə seçilən hüquqpozmaların qarşısının alınması, peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan sistematik nəzəri-praktiki təlimlərin həyata keçirilməsi davam etdirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, prokurorluq işçilərinin təliminə yönəlmiş bu seminarlarda ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların və ağır nəticələrə səbəb olan əmək hüquqlarının pozulması hallarının araşdırılması, azyaşlıların hüquqlarının müdafiə edilməsi kimi məsələlərə xüsusi önəm verilir. Bu həftə ərzində səlahiyyətli dövlət qurumlarının verdiyi məlumatlara əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının cinayət təqibindən kənar icraatlar üzrə köməkçiləri cəlb edilməklə respublikanın 7 rayonunda 9 qanun pozuntusu ilə bağlı araşdırmalar aparılır. Görülmüş işlərin xüsusiyyətləri və nəticələri, ən əsası isə ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 25.02.2022-ci il tarixdə Sabirabad rayon prokurorluğunda seminar keçirilib. Geri dön |