Tarix: 23-02-2022 | Saat: 12:15
Bölmə:Karusel / Sosial | çapa göndər
"İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib".
Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslərə aylıq təqaüdün verilməsinə artıq başlanılıb.
"Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə ödənilən təqaüd yanvardan hesablanır. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər və proses qısa müddətdə yekunlaşacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Digər xəbərlər