Saytımızı qiymətləndirin


 
 

Kreml Qərbi Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı hədələdi
Tarix: 05-02-2024 | Saat: 17:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Moskva Ukraynada müharibə başlayandan sonra Qərbdə dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin istənilən formasına beynəlxalq məhkəmələrdə etiraz edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Əgər bu cür qərarlar qəbul edilərsə, onlar tamamilə qanunsuz olacaq. Bu qərarları qəbul və icra edənlər üçün çox, çox uzun, onilliklər ərzində məhkəmə perspektivləri olacaq”, – Peskov deyib.

Onun fikrincə, başqalarının əmlakına qəsd Qərb ölkələrinin bütün iqtisadi sisteminin əsaslarını sarsıdır.

“Biz əminik ki, qərar qəbul edənlər bu qaçılmaz nəticələri başa düşürlər. Biz bu məsələnin müzakirəsi prosesini çox diqqətlə izləyəcəyik”, – Peskov qeyd edib.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər