Baş nazir jurnalistlərə deyib ki, bu danışıqlar yekunda sülhlə bitəcək.
“Əsas odur ki, regionumuzda sülh bərqərar olsun. Sülhün pozulması regionumuza, xüsusən də Avropa qitəsinə çox ciddi fəsadlar gətirib. Bunlar siyasi və iqtisadi problemlərdir. Bizim üçün əsas məsələ sülhün bərqərar olmasıdır. Ümid edirik ki, bu danışıqlar son nəticədə bütün Avropada sülhün bərqərar olması ilə başa çatacaq”.