Ana Sayfa > Karusel / Dünya > “Sülhün pozulması regionumuza ciddi fəsadlar gətirib” –Gürcüstanın Baş naziri

“Sülhün pozulması regionumuza ciddi fəsadlar gətirib” –Gürcüstanın Baş naziri


16-08-2025, 20:55. Yazar: Admin

Picture background

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilmiş görüşə münasibət bildirib.

Baş nazir jurnalistlərə deyib ki, bu danışıqlar yekunda sülhlə bitəcək.

“Əsas odur ki, regionumuzda sülh bərqərar olsun. Sülhün pozulması regionumuza, xüsusən də Avropa qitəsinə çox ciddi fəsadlar gətirib. Bunlar siyasi və iqtisadi problemlərdir. Bizim üçün əsas məsələ sülhün bərqərar olmasıdır. Ümid edirik ki, bu danışıqlar son nəticədə bütün Avropada sülhün bərqərar olması ilə başa çatacaq”.


Geri dön