Tarix: 27-09-2021 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Sığınacaqda olan uşaqların 70%-i qızlardır. Azərbaycan ailələrində mental olaraq qız uşaqlarına ikinci dərəcəli varlıq kimi baxırlar”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə söyləyib. O, qızlarla bağlı problemin genofonda çox ciddi təsir edəcəyini bildirib:
“Sığınacaqda 30 uşaq varsa, onların 70% qızlardır. Bu problemin əsasında qızların atılmasından çox onlara olan biganə münasibət, qız uşağının mental olaraq ailədə rolunun aşağı səvyyədə olması dayanır.
Bu gün UZİ vasitəsi ilə uşağın cinsiyyətinin bilinməsi, qız olduqda abort etdirilməsi heç kimə sirr deyil. Çox insan bu düşüncə ilə yaşayır. Bu problem həllini tapmasa, bizim gələcək genofondumuza ciddi şəkildə ziyan vuracaq”.
Kəmalə Ağazadə qız övladı olan anaların sığınacağa daha çox müraciət etdiyini qeyd edib:
“İllər ərzində bizim sığınacağa əsasən qız övladı olan analar müraciət edib. İndi də bu hallar qeydə alınır.
Bu cür problemlərlə bağlı maariflənməyə ehtiyac var. Mən düşünürəm ki, ailələrlə iş aparmaq lazımdır. Hər kəs bilməlidir ki, dünyaya uşaq gətirən kişilər deyil, qadınlardır. Ailələr övladlarına ayrı-seçkilik etmədən dəyər verməlidirlər. Qadına dəyər verilməyən ailələrdə dünyaya göz açacaq və ya artıq təməli qoyulmuş qızların hamiləliyinin dayandırılması faktları da davam edəcək”.
Digər xəbərlər