Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI
Tarix: 23-06-2025 | Saat: 10:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

 

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.

Qarabaginfo.az Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223, 2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.

Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Digər ölkələr aşağıdakı kimidir:

İran - 942 nəfər

Rusiya - 794 nəfər

Hindistan - 305 nəfər

Suriya - 148 nəfər.

Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər