Tarix: 19-02-2022 | Saat: 23:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Ukraynaya qarşı aqressiv hərəkətlər edərsə, ABŞ Rusiyaya cavab verməyə hazırdır.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken “Dojd” kanalına müsahibəsində deyib.
“Əgər situasiyadan çıxmaq üçün diplomatik yol varsa, mən bunu etməyə israrlıyam. Yox əgər, Rusiyanın aqressiyasına cavab vermək lazım gələcəksə, biz bunu da edərik” – deyə Blinken vurğulayıb.
Diplomat əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə fəlakət ola bilər və bu heç kimin marağına uyğun deyil: “3 milyon əhalisi olan Kiyevə hücum fəlakət olar. Deməyə borcluyam ki, rusların da bundan zərər çəkəcəyindən qorxuram. Beynəlxalq ictimaiyyət bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü çox ağır nəticələrə gətirib çıxara bilər” deyə amerikalı diplomat əlavə edib.
Digər xəbərlər