Saytımızı qiymətləndirin


 
 

Şuşa-Xankəndi yolundakı rus sülhməramlısı: “Qarabağ Azərbaycanındır!” - Şok video
Tarix: 14-12-2022 | Saat: 16:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşa-Xankəndi yolundakı rus sülhməramlısı: “Qarabağ Azərbaycanındır!” - Şok video

Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyası çərçivəsində əraziyə cəlb olunan rus sülhməramlısı ilə azərbaycanlı etirazçı arasında maraqlı dialoq yaşanıb. 

Qarabaginfo.az xəbər verir ki, görüntülər “Telegram”ın Azərbaycan seqmentində virala səbəb olub. 

Belə ki, sülhməramlı əsgərlə aksiya iştirakçısı arasında keçən qısa dialoq nəticəsində hərbçi azərbaycanlı etirazçının qulağına rusca “İnşallah, Qarabağ Azərbaycanın olacaq” deyib.

Görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra həmin hərbçinin həyatı ilə bağlı bir sıra sosial şəbəkə istifadəçiləri öz narahatlıqlarını gizlətməyiblər.

Həmin görüntüləri təqdim edirik:

 

 



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər
25-05-2022, 11:09 Prezident qəbul keçirdi