Saytımızı qiymətləndirin


 
 

"OPEC+" ölkələri apreldə neft hasilatını artıracaq
Tarix: 02-03-2022 | Saat: 17:17
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

"OPEC+" ölkələri apreldə neft hasilatını artıracaq

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri nazirlər konfransının iclası başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, "OPEC+" ölkələri aprel ayında gündəlik neft hasilatının 400 min barel artırmaq məsələsini razılaşıblar.

Qeyd olunur ki, "OPEC+" nazirlərinin növbəti görüşü 2022-ci il martın 31-nə planlaşdırılıb.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC+" formatında sıx əməkdaşlıq edir.

 



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər