Saytımızı qiymətləndirin


 
 

Aİ-nin Rusiyaya sanksiyaları enerji sektoruna təsir edəcək
Tarix: 19-02-2022 | Saat: 13:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Ursula fon der Leyen

 

Ukraynada müharibə başlayacağı təqdirdə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları enerji sektoruna və yüksək texnologiyalara təsir edəcək.

Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının (AK) sədri xanım Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ və NATO Ukrayna böhranı şəraitində tam birliyi qoruyacaq.

Xanım fon der Leyenin fikrincə, son günlər baş verən hadisələr dünya düzənini tamamilə dəyişdirə bilər. "Biz soyuq müharibənin qara günlərindən bəri Avropada ən böyük qoşun yığılmasının şahidi oluruq. Bu günlərdə baş verən hadisələr dünya düzənini tamamilə dəyişdirə bilər. Ukrayna müstəqilliyinin 30 illiyini yenicə qeyd edib. Ukraynalıların bütöv bir nəsli azad ölkədə doğulub böyüyüb. Onlar demokratiyanın övladlarıdır. Amma indi onlar gündəlik olaraq xarici təcavüz və müdaxilə ilə üzləşirlər", - AK rəhbəri bildirib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər