Saytımızı qiymətləndirin


 
 

TƏBİB 85 minaaxtarana kurs keçib
Tarix: 08-02-2021 | Saat: 16:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

 

 

Image result for Təbibin

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Göygöl Olimpiya Kompleksi”ndə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin təlimlərə yeni cəlb edilən 85 nəfərdən ibarət mina axtaranlar qrupuna nəzəri və praktiki iki hissədən ibarət “İlk yardım kursu (Basic Life Support)” keçirilib.

Qarabaginfo.az xəbər verir ki, təlimin ilk hissəsində TƏBİB – in şöbə müdirləri Emil İskəndərov, Qasım Əmrahlı və Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Direktor müavini Rüstəm Talışinski “İlkin Yaşam Dəstəyi”, “Qanaxmalar, sınıqlar, çıxıqlar, ilan sancması zamanı ilk yardım”, “Yaralıların təxliyyə prinsipləri” mövzularında mühazirələr oxuyub.

Daha sonra Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları Toğrul İbarhimov, İlham Budaqov, Elvin Məmmədov, Vüqar Behbudov, ETTOİ-nin əməkdaşları Xəyal Dostuyev, Seymur Quliyev, İlham Şıxbabayev tərəfindən maniken və mulyajlar üzərində praktiki təlimlər verilib.

Sonda təlim iştirakçılarının qazandıqları nəzəri və praktiki bacarıqlar test sistemi vasitəsilə qiymətləndirilib.
Qeyd edək ki, Agentliyin Təlim Tədris mərkəzinin rəhbərliyi və iştirak edənlər tərəfindən təlim proqramı yüksək dəyərləndirilib.



Xəbəri paylaş

1368 dəfə oxunub.

Digər xəbərlər