İran prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa edəcək.
Qarabaginfo.az bildirir ki, bu barədə İranın İraqdakı səfiri Məhəmməd Kazım əs-Sadıq İRNA-ya bildirib.
Səfər İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə baş tutacaq. Səfir Pezeşkianın İraqa səfərinin iki qonşu ölkə arasında siyasi, iqtisadi və mədəni müstəvidə əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.