Tarix: 18-02-2022 | Saat: 19:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Qarabağ bölgəsinin inkişafı üçün geniş imkanlar var".
Qarabaginfo.az xəbər verir ki, bunu amerikalı səyyah Salvadore Lavallo Bakıdakı mətbuat konfransında bildirib.
O, Qarabağın bərpası və inkişafı üçün hökumətin və özəl sektorun səylə çalışdığını görməkdən məmnunluğunu vurğulayıb.
Bölgədə infrastrukturun bərpası istiqamətində, o cümlədən Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə dair görülən işləri yüksək qiymətləndirən amerikalı qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin tezliklə normallaşacağına ümidvar olduğunu da qeyd edib.
Xatırladaq ki, 21 ölkədən olan bir qrup tanınmış səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç gün ərzində Füzuli -Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu ilə səyahət edərək həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Digər xəbərlər