“Türkiyə Azərbaycanı müdafiə edəcək”.
Qarabaginfo.az “Regnum”a istinadla xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.
O bildirib: “Qarşımızda indi əvvəlki Azərbaycan yoxdur və biz indi arxasında NATO-nun ikinci gücü Türkiyə olan bir Azərbaycanla üz-üzəyik. Türkiyə necə olursa-olsun, Azərbaycanı müdafiə etməyə məcbur olacaq, çünki Azərbaycanı itirmək regionu itirmək deməkdir.
Bu baxımdan, Türkiyə bizə qarşı mütləq Azərbaycanın yanında yer alacaq”.