Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər itkin düşüb.
Qarabaginfo.az xəbər verir ki, yeniyetmə bu gün al-qan içində tapılıb.
Bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 15-30 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb.
Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.
Məlumat üçün bildirək ki, Murad Qəhrəmanov dünən saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb.
M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.