Saytımızı qiymətləndirin


 
 

Xankəndi erməniləri Azərbaycan dilini öyrənməyə başladı
Tarix: 03-11-2021 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənilərin məskunlaşdığı Xankəndi şəhərində (Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirildiyi zonada) ilk Azərbaycanşünaslıq Mərkəzi yaranıb. Bu barədə “Sputnik Ermənistan” yazır.

Məlumata görə, mərkəzdə erməni gənclərinə Azərbaycan dili pulsuz öyrədiləcək. Bildirilir ki, layihə “Genesis Armenia” Fondu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Ermənistan bundan əvvəl Azərbaycanla sərhədləri sovet xəritələri əsasında demarkasiya etməyə hazır olduğunu bildirib. Bu, iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan Böyük Sülh Sazişinin hazırlanması üçün ilkin şərt ola bilər.

Vəziyyətdən xəbərdar olan Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər anlayırlar ki, gec-tez Azərbaycan cəmiyyətinə inteqrasiya etməli olacaqlar. Xankəndində Azərbaycan dilinin öyrənilməsinə marağın artması da məhz bununla bağlıdır.

virtualaz.org



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər